Neft məhsuları
neftin emalından alınan karbohidrogenlərlə onların bəzi törəmələrinin qarışığı və ya fərdi kimyəvi birləşmələr. Onlardan yanacaq, sürtkü yağı, elektroizolyasiya materialı, həledici, yol örtüyü, neft-kimya sənayesi üçün xamal kimi və başqa məqsədlər üçün istifadə edilir. N.m.-nin əksəriyəti ayrı-ayrı karbohidrogen komponentlərin qarışığından ibarətdir. N.m.-yə duru yanacaq və qaz yanacağı daxildir, həmçinin neft yağları öz həcmi və əhəmiyətinə görə N.m.-nin 2-ci böyük qrupunu təşkil edir. Onların çoxu sürtkü yağlarıdır. N.m.- nin mühüm bir qrupu bərk karbohidrogenlər- parafin, serezin, petrolatum və s. daxildir. Müxtəlif həledicilər, neft koksu, duda və s. qiymətli N.m-dir. Bakının neftayırma zavodlarında hal-hazırda 100-dən çox müxtəlif növlü neft məhsulu istehsal edilir.